Türkiyənin cənub-şərqindəki Hakkari vilayətinin Şəmdinli qəsəbəsi ərazisində Türkiyə təhlükəsizlik qüvvələri ilə PKK terrorçuları arasında növbəti toqquşma baş verib.
APA-nın “Sabah” qəzetinə istinadən verdiyi məlumata görə, bu gün səhər saatlarında baş verən döyüşdə 2 türk əsgəri həlak olub, 7 əsgər yaralanıb, 20-yə yaxın terrorçu məhv edilib. Əməliyyatlar davam edir.