ABŞ-ın cənub-şərqində yerləşən Viskonsin ştatınının Okonomovok şəhərində 7 nəfərin xəsarəti ilə nəticələnən partlayış baş verib. Verilən məlumata görə, partlayış Viskonsin ştatında yerləşən baptist kilsələrdən birində baş verib.
Yanğınsöndürmə xidmətinin əməkdaşları bildiriblər ki, partlayışın baş verməsinə səbəb məişət qazının sızması olub və partlayışdan sonra kilsədə yanğın baş verib. Nəticədə 100 il bundan əvvəl tikilən kilsə tamamilə dağılıb. Partlayışdan kilsənin yaxınlığında yerləşən 2 yaşayış mənzili də zərər çəkib.