Əfqanıstan Prezidenti Həmid Karzainin Azərbaycana səfərə gələcək.
Bu barədə SalamNews-a Azərbaycanın Pakistanda və Əfqanıstanda akkreditə olunmuş səfiri Daşqın Şikarov məlumat verib.
O deyib ki, səfər oktyabrın 15-18-də nəzərdə tutulub. Məqsəd Bakıda keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatının dövlət başçılarının Zirvə Görüşündə iştirak etməkdir. Səfər zamanı ikitərəfli görüşlərin keçirilməsi planlaşdırılır.