Azərbaycan İslam Partiyası (AİP) müsəlman ölkələrini Hollandiya ilə bütün əlaqələri kəsməyə çağırıb. AİP mətbuat xidmətindən verilən məlumata görə, partiyanın bunun bağlı bu gün yaydığı bəyanatda Hollandiyada İslam dinini təhqir edən qəzet materialının və qısametrajlı filmin nümayiş etdirilməsinə diqqət yönəldilib:
"Hollandiya siyasətçilərinin İslamın və Qurani-Kərimin bəşəri dəyərlərinə kölgə salmağa xidmət edən təxribat niyyətli filmin nümayişini müsəlmanlara qarşı düşmənçilik, o cümlədən də təhqir siyasətinin davamı kimi qiymətləndiririk. Bu səbəbdən də bütün müsəlman ölkələrindən Hollandiya ilə iqtisadi və siyasi əlaqələri kəsməyi tələb edirik".