Son illər ərzində müdafiə sənayesi inkişaf edən Türkiyə dünyada silah satışı sahəsində səkkizinci sıraya yüksəlib.
ABŞ Konqresinin Araşdırma Departamentinin hazırladığı hesabata görə, Türkiyə ilk dəfə bu sektorda birinci "onluğ"a daxil olub. 2011-ci ildə dünya silah ixracatı siyahısına daxil olan Türkiyə, xüsusilə inkişaf etməkdə olan ölkələrə silah satışı ilə ön plana çıxıb.
SalamNews-un Türkiyə mətbuatına istinadla verdiyi xəbərə görə, inkişaf etməkdə olan ölkələrə 700, cəmi isə 800 milyon dollar dəyərində silah satan Türkiyə, İsrail və İspaniya kimi nəhəngləri də geridə qoyub.
2004-2011-ci illər arasındakı dövrdə 8.7 milyard dollarlıq silah ixrac edən İsrail 2011-ci ildə 11-ci sıraya enib.