Türkiyənin cənub-şərqindəki Şırnak vilayətinin Beytuşşebap qəsəbəsi ərazisində 10 türk hərbçisinin həlak olduğu toqquşmalarda 20 PKK terrorçusu məhv edilib.
APA-nın xəbərinə görə, bu barədə “France Presse” agentliyi məlumat yayıb.
Xatırladaq ki, sentyabrın 2-də yerli vaxtla saat 22.00-da PKK terrorçuları Beytuşşebap qəsəbəsi ərazisində təhlükəsizlik qüvvələrinə hücumlar ediblər. Nəticədə 10 hərbçi şəhid olub.