Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət başçılarının Tehran sammiti başa çatıb.
Sammitin yekun sənədinə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən maddə daxil edilib.
SalamNews-un məlumatına görə, sənədin 104-cü səhifəsində əks olunan 391-ci maddədə yazılıb: “Dövlət və hökumət başçıları Ermənistan-Azərbaycan münaqişəsinin həll olunmamış qalmasından, onun beynəlxalq və regional sülh və təhlükəsizliyi təhdid etməyə davam etməsindən təəssüfləndiklərini ifadə etdilər. Onlar BMT Nizamnaməsində təsbit olunmuş gücdən istifadə etməmək prinsipinin vacibliyini bir daha təsdiqləyir və tərəfləri münaqişənin Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində danışıqlar yolu ilə həlli üçün səylərini davam etdirməyə çağırırlar”