İranın Azərbaycan vətəndaşları üçün tətbiq etdiyi viza rejimi bu gendən ləğv edilib və iki ölkə arasında gediş-gəliş vizasız baş tutacaq.
Bu barədə SalamNews-a İranın Azərbaycandakı səfirliyinin mətbuat xidmətinin rəhbəri Abbas İsgəndəri bildirib.
O deyib: "Azərbaycan vətəndaşları artıq bu gündən İrana əvvəlki qaydada vizasız gedib-gələ bilərlər".
Xatırladaq ki, Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət başçılarının Zirvə görüşü ilə əlaqədar olaraq 5-31 avqust tarixidə Azərbaycan vətəndaşlarının bu ölkəyə səfər etmələri üçün viza rejimi tətbiq edilmişdi.
Azərbaycan və İran arasında viza rejimi 2010-cu ilin fevral ayından ləğv olunub.