Xarici işlər naziri Elmar Məmmədyarov İranda keçirilən Qoşulmama Hərəkatının Zirvə toplantısında iştirakı çərçivəsində İranın neft naziri Rüstəm Qasəmi ilə görüşüb.
XİN-nin mətbuat xidmətindən SalamNews-a verilən məlumata görə, görüşdə iki ölkə arasında əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi aparılıb, əməkdaşlıq üçün potensialın mövcudluğu vurğulanıb.
Nazir E. Məmmədyarov Azərbaycan vətandaşları Şəhriyar Hacızadənin və Fərid Hüseynovun hələ də həbsdə olmasının iki ölkə arasındakı münasibətlərə mənfi təsir göstərdiyini deyib.