İsrailin cənubunda yerləşən “Ksiot” həbsxanasında 300 fələstinli dustaq qiyam qaldırıb.
APA-nın svobodanews.ru saytına istinadən verdiyi xəbərə görə, fələstinlilər terrorçuluq ittihamı ilə bu həbsxanada cəza çəkirlər.
İxtişaşları yatırtmaq üçün həbsxanaya əlavə polis qüvvələri göndərilib.
Həbsxana rəhbərliyi bildirib ki, güc strukturları “Ksiot”-da vəziyyəti tədricən nəzarət altına alırlar.