BMT baş katibi Pan Gi Mun Niderlandın sağyönümlü siyasətçisi Heyert Vildersin İnternetdə İslamın əleyhinə yönəlmiş film yerləşdirməsi ilə bağlı sərt bəyanatla çıxış edib. Bu barədə BMT-nin rəsmi saytında məlumat verilib.
Baş katib deyib ki, burada söhbət söz azadlığından yox, nifrət və zorakılığa təhrikdən gedir: "Bu cür addımlara bəraət yoxdur". Baş katib xatırladıb ki, BMT dialoqun və qarşılıqlı hörmətin inkişafı üçün edilən səylərin mərkəzidir. Analoji bəyanatla BMT baş katibinin Sivilizasiyalar Alyansı üzrə yüksək nümayəndəsi Xorxe Sampayo da çıxış edib.