ABŞ və İsrailin etirazlarına baxmayaraq, BMT baş katibi Pan Gi Mun Qoşulmama Hərəkatının 16-cı sammitində iştirak etmək üçün Tehrana gəlib.
SalamNews-un ''FarsNews''a istinadən verdiyi xəbərə görə, bu barədə BMT baş katibinin rəsmi nümayəndəsinin müavini Fərhan Hak məlumat yayıb. Onun sözlərinə görə, baş katibin sammitdə iştirakı qlobal problemlərin həlli baxımından müxtəlif ölkə başçıları, o cümlədən, Mahmud Əhmədinejad ilə əməkdaşlıq həyata keçirmək üçün yaxşı imkan yaradır.
“Baş katib, sülh və təhlükəsizliyin həyati əhəmiyyətli məsələlərinin həlli üçün dünyanın bütün ölkələri ilə diplomatik əlaqələr qurmaq məsuliyyətinə ciddi şəkildə yanaşır”, - Fərhan Hak deyib.
Bildirək ki, Qoşulmama Hərəkatının Tehranda keçirilən sammitində 120 ölkənin nümayəndəsi iştirak edəcək.