“Suriyada qaçırılan iranlıların səhhətində heç bir problem yoxdur”.
APA-nın “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, bunu İran xarici işlər nazirinin müavini Hüseyn Əmir Abdullahian deyib.
O bildirib ki, iranlılar müxalifətçi “Azad Suriya ordusu” tərəfindən qaçırılıb: “Bu ordunun qərargahı qonşu ölkədə yerləşir və orada hərbi təlimlər keçir.
İranlıların sərbəst buraxılmaları üçün qonşu ölkələrlə danışıqlara davam edirik. Rəsmi Tehran Bəşər Əsədə yüksək səviyyədə dəstək verir”.