“BMT baş katibi Pan Gi Munun Tehrana səfər etməsi onun ən böyük xətasıdır”.
APA-nın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bunu ABŞ-ın BMT-dəki sabiq təmsilçisi Con Bolton deyib.
O bildirib ki, P. G. Mun Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət başçılarının Tehranda keçirilən XVI zirvə toplantısına dəvəti qəbul etməklə BMT-də baş katiblik vəzifəsini icra etdiyi müddətdə ən böyük xətasını edib: “Pan Gi Munun Tehrana səfər etməsi bu dövləti qəbul etmək deməkdir. O bu addımıyla BMT-nin baş katibi kimi ən böyük xətasını etdi”.