Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətinin rəhbəri Hacı Akif Ağayev dünyasını dəyişib. Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Salman Musayev bildirib ki, Hacı Akif tənəffüs və ürək çatışmazlığından dünən səhər saatlarında vəfat edib.
62 yaşında dünyasını dəyişən Hacı Akif doğulduğu Buzovna kəndində torpağa tapşırılıb.
Saytımız adından ailəsinə və yaxınlarına Allahdan səbir diləyirik