Danimarkada "Danimarka Jurnalistləri həmkarlar ittifaqı", Hollandiyalı siyasətçi Qirt Vildersi məhkəməyə verməyə hazırlaşır. Buna səbəb isə Vildersin şəkdiyi filmdə İslam dinini təhqir edən karikaturalarından icazəsiz istifadə etməsidir. "İttifaq" bu karikaturaldan istifadə etmək üçün Vildersin izn istədiyini, ancaq ona icazə verilmədiyini, həmçinin bu filmin siyasi təbliğat xarakterli olduğunu bildirib.
Qeyd edək ki, Vildersin İslam dininin əleyhinə hazırladığı sənədli film dünən bir internet saytından nümayiş olunub. Filmdə dünyanın müxtəlif yerlərində baş vermiş zorakılıq hadisələri və bununla yanaşı zorakılğa təşviq etdiyi iddia edilən Quran ayələri göstərilir, "İslamda zorakılıq var!" iddiası tamaşaçıların qarşısına çıxarılır.