POPULYARXƏBƏRLƏR

İslamda din və vicdan azadlığı

Hörmətli müsəlmanlar!

Ən şərəfli məxluq olan insanın, yemək, içmək, geyinmək kimi maddi ehtiyacları ilə bərabər iman və ibadət kimi mənəvi ehtiyacları da vardır. Çünki insan Allaha ibadət etmək üçün yaradılmışdır (Zariyat, 5). Uca Allah hər şeyi insan üçün yaratmış və insana saya bilməyəcəyi qədər çox nemət vermişdir. İbadət vəzifəsini icra edə bilməsi, xeyir əməllər işləyə bilməsi, pisliklərdən qoruna bilməsi, beləcə dünya və axirət xoşbəxtliyini təmin edə bilməsi üçün insana ağıl, iradə, vicdan, xeyiri və şəri, doğrunu və yanlışı bir-birindən ayıra bilmək qabiliyyəti vermiş, bununla kifayətlənməmiş, ilk insandan etibarən bələdçi olmaq üçün bəşəriyyətə peyğəmbərlər və kitablar göndərmişdir.

Peyğəmbərlər insanları iman, ibadət, təqva, gözəl əxlaq və yaxşı işlər görməyə dəvət etmiş, günah olan söz, hərəkət və davranışlardan çəkindirmiş, amma onları bu işlərə məcbur etməmişlər. Çünki Uca Allah insanı, var-dövlət, oğul-uşaq, xeyir və şər, yaxşılıq və pislik, qısası həyat və ölüm ilə imtahan etməkdədir. İmtahan edilən insan isə iradəsində hürr olmalıdır. Qurani-Kərmdə bu barədə belə buyurulmuşdur: "De: "Haqq Rəbbinizdəndir. Kim istəyir iman etsin, kim də istəyir iman etməsn" (Kəhf, 29). Bu vicdan azadlığından istifadə edərək iman gətirənlər də olmuşdur, inkar edənlər də. Allah insanları iman gətirməyə məcbur etmir. Çünki dində məcburiyyət yoxdur (Bəqərə, 256). Əgər məcbur etsəydi, yer üzündə iman gətirib ibadət etməyən qalmazdı. Bu həqiqətəi Allah-Təala Qurani-Kərimdə bu cür ifadə edir: "(Ya Peyğəmbər) Əgər Rəbbin istəsəydi, yer üzündə olanların hamısı iman gətirərdi. İnsanları iman gətirməyə sənmi məcbur edəcəksən?! " (Yunus, 99).

Peyğəmbərlər insanları məcburən dinə gətirmək üçün deyil, dini təbliğ etmək, dini qaydaları həm sözlə, həm də əməllə bildirmək üçün vəzifələndirilmişlər. "(Ya Peyğəmbər) Öyüd-nəsihət ver. Sən ancaq öyüd-nəsihət verənsən. Sən onların üzərində hakim deyilsən" (Ğaşiyə, 21-22) ayəsi bu həqiqəti bəyan edir.

Əziz müsəlmanlar!

İman gətirib ibadət edən və ya inkar edib üsyana qalxan insan nə etsə, özü üçün etmiş olur. Peyğəmbər yalnız insanları haqqa, doğruluğa, yaxşılığa və gözəlliyə dəvət edir, onlara yol göstərir, inkar edib üsyana qalxanların dünya və axirətdəki cəzalarını, iman gətirib ibadət edənlərin də mükafatlarını xəbər verir. İstər iman və ibadəti, istərsə də inkar və üsyanı insan özü seçir və bu seçiminə görə də mükafat və ya cəza görəcək.

İman və ibadətin Allah dərgahında qəbul olunması üçün məcburiyyət olmadan, azad iradə ilə, ixlas və səmimiyyətlə edilməlidir. Məcburiyyət ilə nə iman olar, nə də ibadət. Məcburiyyət ilə edilən iman həqiqi iman, məcburiyyət ilə edilən ibadət də həqiqi ibadət sayılmır. Buna görə də Uca Allah din məsələsində məcburiyyəti qadağan etmişdir.

Dəyərli möminlər!

Uca Allah insanları iman gətirməyə məcbur etməyi qadağan etdiyi kimi, iman və ibadət etmək istəyən hər hansı bir insana əngəl olmağı da qadağan etmişdir.

Çünki insan anadangəlmə din hissi ilə yaradılır. Haqq və ya batil, doğru və ya yanlış, hər insanın bir inancı var. Müsəlman olaraq bizim üzərimizə düşən vəzifə, dinimizi öyrənmək, yaşamaq, hikmət və gözəl öyüdlə insanlara çatdırmaqdır. İnsanları zorla dinə gətirməyə haqqımız olmadığı kimi, iman və ibadətlərinə görə onları qınamağa, iman və ibadət etmələrinə əngəl olmağa da heç kimin haqqı yoxdur.

Xütbəmizi bütün bunları ən gözəl şəkildə ifadə edən aşağıdakı ayə ilə yekunlaşdırırıq: "Yaxşı iş görənin xeyiri özünə, pislik edənin də zərəri özünə olar. Sənin Rəbbin bəndələrə zülm edən deyildir" (Fussilət, 46).


Aqil Hacıyev ([email protected])



Yerləşdirilib:27 Mart, 2008  22:38, ]]>Çap]]>
 
Bu bölmədə:
20 İyun, 2017
Ac qalma, oruc tut

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com