Sankt Peterburq şəhərindəki dövlət din-tarix muzeyinin tərkibində İslam bölməsi açılıb. Muzeyin mətbuat mərkəzindən verilən məlumata görə, bunun üçün muzeydə 3 salon ayrılıb.
Bu bölmədə İslam dini ilə əlaqəli fotoşəkillər, xəritələr, müsəlmanların gündəlik həyatlarında istifadə etdikləri əşyalar nümayiş olunur. Bundan başqa, muzeydə müxtəlif tarixlərdə çap olunmuş "Qurani Kərim"lər də nümayiş olunur.