İranın ali dini lideri ayətullah Seyid Əli Xamneyi bu gün səhər saatlarında Şərqi Azərbaycan vilayətinin zəlzələdən zərər çəkmiş bölgəsində olub.
APA-nın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, ayətullah Xamneyi zərərçəkənlərlə görüşüb, onların qarşısında çıxış edib. Xamneyi bildirib ki, ziyarətində əsas məqsədi ağrılı xalqın dərdlərini paylaşmaq, problemləri ilə yaxından maraqlanmaq və başsağlığı diləyində olmaqdır: “Bu gün İran xalqı bütöv şəkildə sizlərlə həmrəylik içərisində və duyğularınızı paylaşmaqdadır. İran xalqı hər zaman bir bədən, bir ürək halında bir bütövdür və bu bütünlüklə də həmişə güclü qalıb”.