Əmirəl-mö`minin Əli əleyhissalam buyurur: Özünü böyük tutan şəxslər Allah yanında alçalar, kiçilər.
İmam Sadiq əleyhissalam buyurur: Hər kim dünyaya ürək bağlasa, üç xislətə mübtəla olar:
1. Tükənməz qəm-qüssə; 2. Nail ola bilməyəcəyi arzu; 3. Çata bilməyəcəyi ümid.
İmam Sadiq əleyhissalam buyurur: (Asimani kitabların bə`zisində gəlib ki,) əgər Adəm övladı sel tək axan qızıl və gümüş çayları olan iki geniş vadiyə sahib olsa, dözməyib üçüncüsünün də dalınca gəzəcək.
Qəlbində xaşxaş dənəsi qədər təkəbbür olanlar behiştə daxil olmaz.