İran Bəşər Əsəd rejiminin saxlanmasında mühüm rol oynayır.
SalamNews-un RBK-ya istinadən verdiyi xəbərə görə, bu bəyanatla ABŞ-ın Müdafiə Nazirliyinin nümayəndələri çıxış ediblər.
Pentaqon nümayəndələri İranda təlim keçmiş partizan dəstələrinin Suriya ordusuna dəstək vermək üçün istifadə olunduqlarının bəyan ediblər.
“Hazırda Suriya silahlı qüvvələri çətinliklə üzləşir. Onların uzun müddətdir hərbi əməliyyatlarda iştirak etməsi səmərəliliyi aşağı salır. Bu səbəbdən, Suriyanın hakim rejimi əlavə qüvvələr kimi partizan dəstələrindən istifadə edir”, - general Martin Dempsi söyləyib.
ABŞ-ın müdafiə naziri Leon Panetta deyib ki, Suriya rejiminə yardım göstərməklə İran yanlış addım atır. Bu, qan tökülməsi və süquta məhkum rejimin qorunmasına xidmət edir.