Məkkədə İslam Əməkdaşlığı Təşkilatının (İƏT) növbədənkənar sammiti açılıb.
SalamNews-un verdiyi xəbərə görə, sammit Səudiyyə Ərəbistanı kralı Abdulla tərəfindən açılıb.
Səudiyyə Ərəbistanı kralı islam dövlətləri rəhbərləri arasında dinlərarası dialoqun həyata keçirilməsi üçün mərkəzin yaradılmasına səsləyib. O, regionun bir sıra islam dövlətlərində hazırkı siyasi vəziyyəti qeyd edərək dini dəyərlərə görə cavabdehliyin dərk edilməsinə, islam ölkələri arasında həmrəyliyin və səbrin olmasına səsləyib.
Sammit zamanı Suriya, Fələstin, Myanma və şimali Mali problemləri müzakirə olunacaq. Açılış mərasimindən sonra bağlı qapı arxasında iclas keçirilib.