Türkiyə Suriya sərhəddində vəziyyət gərginləşib.
SalamNews-un məlumata görə, bu barədə Türkiyənin “Anadolu” dövlət informasiya agentliyi xəbər yayıb.
Xəbərə görə, Tükiyə ordusu Suriya ilə sərhəd bölgələrində mövqeyini daha da gücləndirərək əraziyə raket sistemləri yerləşdirib. Türkiyə Silahlı Qüvvələri Qazi Antep bölgəsinə əlavə zirehli hərbi texnika cəmləşdirib. Bundan əlavə, türk ordusu Suriya ilə sərhəddin bir neçə 10 metrliyində hərbi təlimlər keçirib.