Amerika Erməni Milli Komitəsi (ANKA) ABŞ Konqresi və Dövlət Departamentini Suriya ermənilərinə yardım göstərməyə çağırıb.
APA-nın erməni mətbuatına istinadən verdiyi məlumata görə, ANKA-nın icraçı direktoru Aram Amparyan bildirib ki, komitə Konqres və Dövlət Departamentinə təsir göstərərək, Suriya xristianlarına, Suriya və Yaxın Şərq erməni cəmiyyətlərinə yardım edilməsi istiqamətində işləri davam etdirəcək.