Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Səudiyyə Ərəbistanı Krallığında keçirilən İslam Zirvə Toplantısının Dördüncü Fövqəladə Sessiyasında iştirak edib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Zirvə Toplantısının sessiyası zamanı Suriya, Fələstin, Myanmar (Raxinya müsəlmanlarına qarşı zorakılıq) və Malidəki vəziyyət müzakirə edilib.
Sessiyanın sonunda Yekun Bəyannamənin və eyni zamanda Fələstin, Myanmar, Suriya və Mali ilə bağlı qətnamələrin qəbul edilməsi nəzərdə tutulur.