İran İƏT-də istənilən ölkənin üzvlüyünün dayandırılmasına qarşıdır.
SalamNews-un IribNews-a istinadən verdiyi xəbərə görə, bu barədə İran xarici işlər naziri Əli Əkbər Salehi bildirib.
Onun sözlərinə görə, təşkilatda hər hansısa ölkənin üzvlüyünün dayandırılması problemin həllində inkişaf etmək demək deyil, bu məsələnin məğzinin aradan qaldırılmasına cəhddir.
O deyib: "İstənilən ölkə, əsasən İƏT üzv ölkələr problemi əl-ələ verib elə həll etməlidir ki, bu qərar regionda sabitliyi və təhlükəsizliyi təmin etsin".