İtaliyalı jurnalistin katolikliyi qəbul etməsi Vatikan tərəfindən ciddi şəkildə məxfi saxlanılıb
Bu gün Roma Papası 16-cı Benedikt müsəlman ailəsində doğulub böyüyən jurnalist Mehdi Əllamı xaç suyuna salıb. Misir əsilli 35 yaşlı italiyalı jurnalistin katolikliyi qəbul etməsi Vatikan tərəfindən ciddi şəkildə məxfi saxlanılıb. Roma Papası bu barədə katolik ibadəti zamanı çalınan musiqidən bir saat əvvəl məlumat verib.
Qeyd edək ki, Mehdi Əllam İslam ekstremizmini tənqid edən və İsraili müdafiə edən yazıları ilə məşhurlaşıb. Hazırda İtaliya polisi jurnalisti ciddi müdafiə edir.