Misir prezidenti Muhammad Mursi hərbi kəşfiyyat idarəsinin rəhbəri Murad Muvafini işdən azad edib
SalamNews-un “FarsNews”a istinadən verdiyi xəbərə görə, bu vəzifəyə müvəqqəti olaraq Məhəmməd Rafet Əbdülvahid Şehatə təyin olunub.
M.Muvafinin istefaya göndərilməsinin əsas səbəbi kimi bir neçə gün əvvəl Sinay yarımadasında, İsrail ilə sərhəd yaxınlığında yerləşən Əl-Əriş şəhərində nəzarət-buraxılış məntəqəsinə edilmiş hücum göstərilir.