Suriyada oğurlanan iranlı zəvvarların hamısı sağ salamatdır.
SalamNews-un FarsNews-a istinadən verdiyi xəbərə görə, bu barədə İran Xarici İşlər Nazirliyinin Yaxın Şərq Departamentinin rəisi Mojtaba Firdousipur "Əl-Ələm" kanalına müsahibəsində məlumat verib.
M.Firdousipurun sözlərinə görə, Dəməşqdə atışma zamanı 3 iranlı zəvvarın ölümü ilə bağlı yayılmış məlumat yalandır. Bizə məlumat verilib ki onların arasında itgi yoxdur. İran onların tezliklə azad edlməsi üçün səy göstərir.
O bildirib ki, Suriyada iranlı zəvvarların oğurlanması xəbərini alandan etibarən xarici işlər naziri Əli Əkbər Salehi Qətər və Türkiyədən olan həmkarları ilə daim məsləhətləşmələr, həmçinin BMT Baş katibi Pan Gi Munla danışıqlar aparır”.
Xatırladaq ki, müqəddəs yerləri ziyarətə gedən 48 iranlı zəvvar avqustun 4-də Dəməşq hava limanı yaxınlığında oğurlanıb.