“Azərbaycanda hər hansı dini ədəbiyyatın yayılması azaddır və bu nəşrləri oxumaqda, yaymaqda problem yoxdur."
“Azərbaycanda hər hansı dini ədəbiyyatın yayılması azaddır və bu nəşrləri oxumaqda, yaymaqda problem yoxdur. Əsas odur ki, bu ədəbiyyat başqa dinlərə və inanclara, o cümlədən ictimai təhlükəsizliyə qarşı yönəlməsin”.
APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İsgəndərov verib. O, dini ədəbiyyatın ölkəyə gətirilməsi prosesinin sadələşdirilməsi məsələsinə də münasibət bildirib: “Bununla bağlı müəyyən təhlil və araşdırma işləri aparılıb. Ölkəyə gətirilən dini ədəbiyyatın istiqamətləri də müəyyənləşdirilir”.
Komitə sədri ilk növbədə ölkəyə müqəddəs kitabların, o cümlədən bu kitabların təsdiq olunmuş tərcümələrinin gətirilməsində heç bir problemin olmayacağını qeyd edib:
“Bununla bağlı hazırlanan məktub yaxınlarda Dövlət Gömrük Komitəsinə göndəriləcək”.