Hakimiyyətdə olan Ədalət və İnkişaf partiyasının (AKP) fəaliyyətinin dayandırılması üçün iddia qaldıran Türkiyənin baş prokuroru Əbdürrəhman Yalçınkayanın katibəsi də hicablıdır. "Star TV"-nin verdiyi xəbərə görə, katibə işə hicabla gəlir, işdə başını açır və işdən çıxarkən yenə də hicabını geyinir.
Ə.Yalçınkayanın AKP-nin bağlanması üçün qaldırdığı iddia son günlər Türkiyədə ən böyük müzakirə mövzusu olub və iddianın bir çox yerində "türban" (hicab) barəsindəki konstitusiya dəyişikliyi vurğulanıb. Xəbər mənbəyinin verdiyi məlumata görə iddia mətnini baş prokurorun təlimatı ilə həmin katibə yazıb.