Bu gün səhər İran Ali Milli Təhlükəsizlik Şurasının (AMTŞ) Baş katibi Seyid Cəlili Beyruta səfərə gedib.
SalamNews-un MehrNews-a istinadən verdiyi xəbərə görə, Beyrut hava limanında onu livanlı həmkarı Adnan Mansur qarşılayıb.
Səfər çərçivəsində Livan Prezidenti Mişel Süleyman, baş nazir Nacib Miqati, parlament sədri Nəbi Berri və xarici işlər naziri Adnan Mansur ilə görüşlər keçiriləcək. Görüşlər zamanı İranın və Livanın ikitərəfli münasibətləri, həmçinin regional inkişaf məsələləri müzakirə olunacaq.