POPULYARXƏBƏRLƏR

Novruz bayramının dinimizdəki yeri

Əziz müsəlmanlar!

Bu həftəki cümə günümüz Novruz bayramı ərəfəsinə təsadüf etdiyi üçün, xütbəmizin mövzusu Novruz bayramı, onun tarixi kökləri və dinimizdəki yeri barəsində olacaq. Bildiyimiz kimi, Azərbaycanda hələ qədim dövrlərdən qeyd olunan bu bayram başqa bir çox xalqlar tərəfindən də yümsək təmtəraqla keçirilir. Fars dilində "yeni gün" mənasına gələn "Novruz" kəlməsi adından da göründüyü kimi yeni ilin, yeni fəslin gəlişini bildirir.

Novruz bayramının dinimizdəki yeri
Belə ki, İran, Əfqanıstan kimi bəzi ölkələrdə hicri-şəmsi təqvimə əsasən ilin başlanğıcı məhz Novruz bayramına təsadüf edir. Bundan başqa məhz bu gün gecə ilə gündüz bərabərləşir, təbiət oyanır və bahar fəsli yerin şimal yarımkürəsinə daxil olur. Hələ qədimdən əkinçiliklə məşğul olan bir çox xalqlar bu günü bayram kimi qeyd etmiş, torpağa bağlı olduqları üçün torpağın oyanması hadisəsini müxtəlif rituallarla şadyanalığa çevirmişlər.

Azərbaycan tarixən müxtəlif etiqadların və sivilizasiyaların yayıldığı yer olduğu üçün, bu gün burada qeyd olunan Novruz bayramına da bir çox müxtəlif qatqılar olmuşdur. Xüsusilə atəşpərəstliklə bağlı ayinlərin bu bayrama daxil edilməsi də bütün bunların nəticəsidir.


Əziz möminlər!

Bildiyimiz kimi, İslam dini humanist bir din olaraq yayıldığı ərazidəki xalqların adət-ənənəsinə böyük hörmət göstərmişdir. Əgər həmin adət və ənənələrdə dinə zidd heç bir ünsür yoxdursa, İslam dini onu rədd etməmiş, əksinə yaşaraq daha da inkişaf etməsinə kömək olmuşdur. Bu səbəbdən bugünkü Azərbaycanda da dini bayramlarımız olan Qurban və Ramazan bayramları ilə yanaşı, Novruz bayramı da milli bir bayram kimi yüksək şəkildə qeyd olunur.

Amma unutmamalıyıq ki, bu bayramı qeyd edərkən dinimiz tərəfindən bəyənilməyən əməllərdən uzaq qalmalı, xüsusilə, qapıları gəzərək başqalarının nə danışdığına qulaq asmaq, ocaqdan müxtəlif şeylər istəyərək arzuları dilə gətirmək, müxtəlif cür fala baxmaq kimi günah əməllərdən özümüzü gözləməliyik.

Diqqətlə incələsək görərik ki, bir çox yönləri ilə Novruz bayramı özündə mənəvi-əxlaqi dəyərlər əks etdirir. Bu bayramda küsülülərin barışması, insanların bir-birləri ilə bayramlaşmaları, evlərində bişirdikləri yemək və şirniyyatlardan bir-birlərinə pay vermələri hər cəhətdən müsbət hallardır. Təsadüfi deyil ki, başqa bayramlarda (məsələn, Yeni ildə) dindən uzaq olan ailələrdə spirtli içkilərdən istifadə olunursa, Novruz bayramında bu hala nisbətən az təsadüf olunur. Bu da özü-özlüyündə bu bayramın kökündə dini-əxlaqi dəyərlərin dayandığını göstərməkdədir.


Əziz müsəlman bacı və qardaşlar!

Bildiyimiz kimi, bayramlar, insanların bir-birlərini sevindirmələri, qohum-əqrəbaya baş çəkmək, xəstələri yoluxmaq, imkansız insanlara əl tutmaq, uşaqların üzlərini güldürmək kimi xoş davranışlar üçün səbəblər təşkil edir. Bütün bunlar İslamın da tövsiyə etdiyi gözəl əməllərdəndir. Elə isə, biz də bu bayramdan istifadə edərək öz ətrafımızda sevgi və qardaşlıq bağlarını möhkəmlədək, bayramımızı dinimizin əmrləri çərçivəsində qeyd edək. Çalışaq ki, heç bir şeydə həddi aşmayaq. Çünki Allah həddi aşanları sevmir.

Bir daha hamınızı baharın gəlişi münasibətilə təbrik edirik.



Aqil Hacıyev ([email protected])



Yerləşdirilib:21 Mart, 2008  02:21, ]]>Çap]]>
 
Bu bölmədə:
20 İyun, 2017
Ac qalma, oruc tut

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com