Ölkələrindəki hadisələrdən qaçan 825 suriyalı Türkiyəyə sığınıb.
SalamNews-un “Anadolu” agentliyinə istinadla verdiyi xəbərə görə, 3 polkovnik, 2 baş leytenant daxil olmaqla 25 hərbçi və ailələri Apaydın düşərgəsinə, digər suriyalılar isə Şanlıurfaya göndərilib. Yaralı suriyalılar Reyhanlı dövlət xəstəxanasına yerləşdirilib.