Bəşər Əsəd rejimi Suriyada terrorçuluğun dəstəklənməsində Türkiyənin əsas rol oynadığını bəyan edib.
SalamNews-un “CNNTürk”ə istinadla verdiyi xəbərə görə, Suriya XİN-in açıqlamasında bildirilir ki, Türkiyə hava limanlarını və sərhədlərini başda "Əl-Qaidə" olmaqla radikal qrupların istifadəsinə verib.
Suriya dövlət televiziyasında yayımlanan bəyanatda deyilir: "ABŞ, İsrail, Qətər və Səudiyyə Ərəbistanı kəşfiyyat xidmətləri türk hökumətinin öz ərazisində yaratdığı hərbi mərkəzlərdən terrorçuların Suriya xalqına qarşı apardığı döyüşü idarə edir".