İsrailin xarici kəşfiyyat orqanı “Mossad”ın sabiq rəhbəri Efraim Halevy İrana kəskin şəkildə xəbərdarlıq edib
APA-nın məlumatına görə, E. Halevy ABŞ-da nəşr olunan “The New York Times” qəzetinə açıqlamasında bildirib ki, qarşıdakı 12 həftə İsrailin İrana hərbi müdaxilə ilə bağlı qərar alması üçün kritik dövrdür: “İranlıların yerində olsam, bu müddət ərzində narahat olardım. Əgər İran dünya gücləri ilə apardığı nüvə müzakirələrində oyun oynamağı davam etdirsə, İsrailin işini yüngülləşdirər”.