Bakı Apellyasiya Məhkəməsində “Yehovanın Şahidləri” dini icmasının Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə qarşı apellyasiya şikayəti əsasında məhkəmə prosesi başa çatıb.
APA-nın məlumatına görə, prosesdə məhkəmənin qərarı elan olunub. Qərara əsasən, apellyasiya şikayəti təmin olunmayıb.
Qeyd edək ki, dini icma özlərinə məxsus dini ədəbiyyatın idxalına məhdudiyyət qoyulması barədə komitənin verdiyi qərarının ləğvi, ədəbiyyatların məhdudiyyətsiz idxalına icazə verilməsi barədə iddia ərizəsi ilə 2 saylı Bakı Yerli İnzibati – İqtisad Məhkəməsinə müraciət edib. Lakin məhkəmə iddianı təmin etməyib.