İran Xarici İşlər Nazirliyi bununla bağlı Azərbaycan XİN-ə müvafiq nota göndərib
Bu ay Tehranda Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət başçılarının zirvə görüşü keçiriləcək. APA-nın məlumatına görə, İran Xarici İşlər Nazirliyi bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyinə nota göndərib. Notaya əsasən qeyd olunan zirvə görüşü ilə əlaqədar avqustun 5-dən 31-dək Azərbaycan vətəndaşlarının İrana səfər etməsi üçün viza rejimi tətbiq olunacaq. Bu tarixdən sonra əvvəlki viza rejimi bərpa olunacaq.