BMT-nin Baş katibi Pan Ki Mun bildirib ki, BMT və Ərəb Dövlətləri Liqasının Suriya üzrə xüsusi təmsilçi Kofi Annan tutduğu vəzifədən istefa verib.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, Annan xüsusi təmsilçi postunda bu ilin fevral ayından işləyib. O vaxta qədər Kofi Annan BMT-nin Baş Katibi olub.
Xatırladaq ki, Kofi Annan tərəfindən irəli sürülən planda Suriyada hərbi texnikanın şəhərlərdən çıxarılması və hər iki tərəfin zorakılığa son qoyması əksini tapmışdı.