Suriyadakı son hadisələri müzakirə etmək üçün Şimali İraqa gedən xarici işlər naziri Əhməd Davudoğlu, bölgənin kürd administrasiyasının rəhbəri Məsud Bərzani ilə görüşüb.
SalamNews-un Türkiyə mətbuatına istinadla verdiyi xəbərə görə, 2 saat davam edən görüşdə Əhməd Davudoğlunu AKP-nin sədr müavini Ömər Çelik və XİN-in müşaviri Feridun Sinirlioğlu müşayiət ediblər. Suriyanın birliyinin və bütövlüyünün qorunmasının bölgə üçün nə qədər vacib olduğunu vurğulayan Davudoğlu, Bərzaniyə Suriyanın şimalında meydana gələ biləcək təhlükəli qurumun Türkiyəni çox narahat etdiyini bildirib.
Türkiyə XİN rəhbəri görüşdən sonra deyib: "Bərzani ilə görüşü müsbət dəyərləndirirəm. Regional rəhbərlik ismarıclarımızı alıb. Həmçinin birgə fəaliyyətə dair razılaşma əldə edilib”.