Misirdə xristianla qarşıdurma zamanı bir müsəlman həlak olduqdan sonra dini zəmində toqquşmalar baş verib.
SalamNews-un “Vesti”yə istinadən verdiyi xəbərə görə, Qahirə yaxınlığındakı kənd kilsəsinə hücum nəticəsində 16 nəfər, o cümlədən 10 polis əməkdaşı xəsarət alıb. Kənddə xristianlara məxsus bir neçə ev yandırılıb.
Misirdə kopt xristianlara qarşı zorakılıq halları prezident Hüsnü Mübarəkin devrilməsindən sonra çoxalıb.