Müsəlman ölkələrinin inkişafına mane olmağa çalışan düşmənlər burada etnik, tayfa və dini parçalanma yaratmağa can atırlar.
SalamNews-un “FarsNews”a istinadən verdiyi xəbərə görə, bu barədə müsəlman ölkələrinin nümayəndələri ilə görüşü zamanı İran Prezidenti Mahmud Əhmədinejad bildirib. Tədbir iştirakçılarını müqəddəs Ramazan bayramı münasibəti ilə təbrik edən prezident, bu ayın Allahın insanlara göndərdiyi nemət olduğunu deyib.
Onun sözlərinə görə, Bəhreyn, Yəmən, Liviya, Suriya və hətta Türkiyə kimi ölkələrin əhalisi hegemon dövlətlərin yürütdüyü siyasətdən narazıdır.
“Ümumbəşəri problemləri kökündən həll etmək üçün tədbirlər görülməlidir. Hazırda dünyada mövcud xaos bəşəriyyətə zərər vurur. Eyni zamanda, hər il silah istehsalına 1200 milyard dollar sərf olunur. İstehsal olunan silahın böyük qismi ixrac edilir. Onlar işğalçı və cinayət məqsədlərində istifadə olunur. Yüksək mənəviyyatlı şəxslərin rəhbərlik edəcəkləri ədalətli dünya sisteminin yaradılması zərurəti yaranıb. Hazırda isə, dünyaya rəhbərlik edən sionist hakimiyyət pul, bank, mətbuat və siyasətçiləri öz əllərində saxlayır”, - Mahmud Əhmədinejad deyib.