POPULYARXƏBƏRLƏR

Azərbaycan sivilizasiyalararası dialoq üçün gözəl məkandır - DQİDK sədri

İrfan insanın inandığı dinin dərk yolu ilə qəbul etməsi və onu yaşamasıdır.

İrfan insanın inandığı dinin dərk yolu ilə qəbul etməsi və onu yaşamasıdır. SalamNews-un verdiyi xəbərə görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Elşad İskəndərov “Şəms Təbrizidən Mövlanəyədək. İrfan xəzinəsindən Azərbaycan izləri” mövzusunda keçirilən elmi konfransda çıxışı zamanı bildirib.

 

Onun sözlərinə görə, islamda isə irfan elə islam dinin ilk günlərində olub. “Düzdür, o zaman buna xüsusi ad verməyə ehtiyac olmayıb. Çünki islamın ilk vaxtlarında islam təzyiq və təqiblər altında inkişaf etdiyindən, insanlar islamı elə dərk yolu ilə qəbul edərək yaşayıblar. O zaman insanları indikindən fərqli olaraq hər hansı şirnikləndirmə yolu ilə cəlb etmək mümkün deyildi”, - Komitə sədri deyib.

 

E.Iskəndərov biildirib ki, digər məktəblərdən fərqli olaraq, irfan və təsəvvüfdə Allah ağıl, dərk yolu ilə qəbul edilir və elə bu da ən yaxşısıdır.

 

İrfan və təsəvvüf məktəbinin ən parlaq nümayəndəsinin Mövlanə Cəlaləddin Ruminin olduğunu qeyd edən İsgəndərov söyləyib ki, bu şəxsin formalaşmasında və yüksək məqama çatmasında Azərbaycan izini görmək mümkündür: “Mövlanədə ilahi eşq işığını yandıran elə böyük azərbaycanlı irfan sahibi Şəms Təbrizi olub". Təsəvvüf elminin Azərbaycanda hələ çox qədimdən yarandığını deyən İskəndərov bildirib ki, hələ XI əsrdə, hətta Ərəbidən qabaq yaşamış böyük təsəvvüf alimi olan Miyanəçi bu elmi əsaslı formada hazırlayıb və onun inkişafına öz töhfəsinin verib.

 

"Bundan əlavə olaraq Şimali Qafqazın azadlığı uğrunda mübarizə aparan Şeyx Şamilin də mürşid və müəllimləri Azərbaycandan olub”, - o deyib.

 

Fikrini davam etdirən E.İskəndərov bildirib ki, bugünkü dünyada problemlərin həllində dialoq müstəsna rol oynayır. “Təsəvvüf elə dialoq deməkdir, insanla onu yaradan arasında, insanla insan arasında. Bu gün sivilizasiyalararası münasibətlərin kəskinləşdiyi bir dövrdə səmimi dialoqa ehtiyac var. Düzdür, sivilizasiyalararası dialoqu təşkil etmək məqsədi ilə cəlbedici süni şüarlardan istifadə edilir və bu da müsbət nəticə vermir. Amma səmimi dialoqun təşkili qarşılıqlı inam əsasında ola bilər. Necə ki, təsəvvüf elmində olduğu kimi. Azərbaycan da bu işdə öz töhfəsini verə bilər. Ona görə ki, Azərbaycan sivilizasiyalararası dialoq üçün gözəl məkandır və bunun bir tarixi ənənəsi var”, – komitə sədri vurğulayıb.



Yerləşdirilib:1 Avqust, 2012  20:24, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Okt.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
   1234
567891011
12131415161718
19202122232425
262728293031 
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com