Liviyada 7 İran vətəndaşı qaçırılıb
APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, qaçılan şəxslər İran Qızıl Aypara Cəmiyyətinin əməkdaşlarıdır. Onların Liviyanın Benqazi şəhərində silahlı şəxslər tərəfindən qaçırıldığı bildirilir. İran vətəndaşları Liviya Qızıl Aypara Cəmiyyətinin binasından çıxdıqdan sonra “Tibesti” otelinə gedərkən yolda ayrı-ayrı nəqliyyat vasitəsilərinə mindirilərək naməlum istiqamətə aparılıblar. Maraqlıdır ki, onları aparan avtomobilin sürücüsü qaçırılmayıb.
Qeyd edək ki, İran Qızıl Aypara Cəmiyyətinin əməkdaşları Liviya Qızıl Aypara Cəmiyyətin dəvəti ilə bu ölkədə rəsmi səfərdə olublar.