İran xarici işlər nazirinin müavini Seyid Abbas Arakçı gələn həftə Azərbaycana səfərə gələcək.
APA-nın “Mehr” agentliyinə istinadən verdiyi məlumata görə, səfər zamanı iki ölkə arasındakı münasibətlərin mövcud durumu müzakirə ediləcək.
Xatırladaq ki, səfər daha öncə iyulun 27-nə planlaşdırılsa da, hər iki ölkə rəsmi şəxslərinin gərgin iş qrafiki üzündən təxirə salınmışdı.