Azərbaycanlı din xadimi Mətin Mehdiyevin qətlində şübhəli bilinən iki nəfər həbs edilib.
SalamNews-un "Rosbalt"a istinadən verdiyi xəbərə görə, istintaq maraqları daxilində onların adları açıqlanmır. Hazırda iki gənc ifadə verir.
Xatırladaq ki, ictimai xadimin cəsədi aprelin 10-da Moskvada Belorus vağzalının yaxınlığında, ikinci Brestski küçəsində tapılıb. Ekspertlər cəsəd üzərində ölümə səbəb olan bıçaq yaraları aşkarlayıb. Qətlin M.Mehdiyev yaşadığı evin girişində törədildiyi müəyyən edilib. Faktla bağlı cinayət işi qaldırılıb.
Mətin Mehdiyev daha öncə Rusiya İslam Mədəniyyət Mərkəzinin Beynəlxalq şöbəsinə rəhbərlik edib.