İranlı rəssam və illüstrator Səhmələddin Zəmani illüstrasiyalı Quranın üzərində 42 illik əməyini başa vurmaq üzrədir.
Qeyd edək ki, illüstrasiyalı Quran 604 səhifədən ibarətdir.
SalamNews-un “MehrNews”a istinadən verdiyi xəbərə görə, rəssam Quranda yer almış 114 surənin hər birinin təkrarolunmaz qamma, rəsm və rənglərə malik olduğunu bildirib.
Səhmələddin Zəmani hakimiyyətin onun əməyinə biganəliyindən şikayətlənərək, əsərlərinin xaricdə deyil, məhz ölkə daxilində dərc ediləcəyinə ümidvar olduğunu bildirib.
Bildirək ki, illüstrasiyalı Quranın bir neçə səhifəsi Tehranda keçirilmiş Beynəlxalq Quran sərgisində nümayiş etdirilib.