Suriyada PKK-ya yer yoxdur. SalamNews-un “Anadolu” agentliyinə istinadla verdiyi xəbərə görə, bunu ABŞ dövlət katibinin müavini Mayk Hammer bəyan edib.
Suriya prezidentinin hakimiyyətinin sonuna az qaldığını qeyd edən Hammer, Bəşər Əsədin iqtidardan ayrılmasının qaçılmaz bir sonluq olduğunu vurğulayıb.
Departament nümayəndəsi PKK terror təşkilatına yaxın bəzi qrupların Suriyadakı bir sıra kürd bölgələrində idarəçiliyi ələ keçirməsinə dair məlumatları xatırladaraq deyib: “Suriyada terror üçün yer yoxdur''.