Suriya-İordaniya sərhədində gedən atışmada 1 uşaq həlak olub. Bu barədə APA Anadolu agentliyinə istinadən məlumat verir. Həmçinin 1 iordaniyalı əsgərin Remsa Dövlət xəstəxanasına qaldırıldığı bildirilir.
Xatırladaq ki, Suriya ordusunun ölkədən İordaniyaya qaçanlara atəş açması nəticəsində İordaniya sərhəd qoşunları ilə Suriya əsgərləri arasında atışma başlayıb.
Qaçqınlar Deraa şəhərinin Əş-Şəhab rayonundan İordaniyaya keçməyə cəhd ediblər. Məlumata görə, atışma nəticəsində xeyli insan yaralanıb. Həmçinin İordaniyanın sərhədə doğru əlavə qoşun birlikləri yeritdiyi də bildirilir.