POPULYARXƏBƏRLƏR

Dövlət Komitəsinin sədri: “Azərbaycanın münaqişə nəticəsində dəymiş ziyanı qiymətləndirilmə prosesinə başlaması Ermənistan üçün ciddi mesajdır”

“Azərbaycan dövləti dəymiş ziyanın ödənilməsində Ermənistana heç bir güzəştə getməyəcək”

 

“Dağlıq Qarabağ münaqişəsi nəticəsində ölkəmizə dəyən ziyanın miqdarı 100 milyard dollardan artıqdır”

 

Bakı-APA. “Ermənistan tərəfindən Azərbaycana dəymiş ziyanın hesablanması üçün struktur müəyyənləşdirilməlidir. Bunun üçün beynəlxalq təcrübə öyrənilməlidir”. APA-nın məlumatına görə, baş nazirinin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bu fikirləri “Baş vermiş münaqişələrdə dəyən zərərin hesablanması” mövzusunda keçirilmiş konfransda deyib.

 

Onun sözlərinə görə, bəzi beynəlxalq qurumların bununla bağlı apardığı hesablamalara inam var: “Məqsədimiz odur ki, dəymiş ziyan beynəlxalq qurumların iştirakı ilə hesablansın və ortaya beynəlxalq standartlara uyğun sənəd qoyulsun. Bu məsələ hər birimizin - dövlətin, hökumətin və cəmiyyətin problemidir. Ona görə də bu məsələyə ciddi yanaşmaq lazımdır. Azərbaycan hökuməti bu məsələdə nə kömək lazımdırsa, edəcək. Biz prezident İlham Əliyevdən bu tapşırığı almışıq, məsələ baş nazir Artur Rəsizadə ilə kifayət qədər müzakirə edilib. Bu işə Azərbaycanda fəaliyyət göstərən QHT-lər də ciddi şəkildə yanaşmalıdır, bununla bağlı layihələrin sayını artırmaq lazımdır”.

 

Baş nazirin müavini bildirib ki, Azərbaycanın dəymiş ziyanın qiymətləndirilməsi prosesinə başlaması Ermənistan üçün ciddi mesajdır: “Əgər Ermənistan tərəfi bundan məlumatlıdırsa, artıq nəticə çıxartmalıdırlar. Bu o deməkdir ki, Ermənistanın qeyri-konstruktiv mövqeyi qarşısında Azərbaycanın səbri artıq tükənib. Bu, Ermənistana həm də ciddi bir xəbərdarlıqdır, yəni Azərbaycan daha Ermənistanın tutduğu mövqeyə qarşı səbir nümayiş etdirməyəcək. Əgər Ermənistanda yaşayan xalq özünü normal xalq hesab edirsə, bilsinlər ki, dəymiş ziyan onların cibindən və qazancından ödəniləcək. Serj Sərkisyan, Robert Köçəryan və onların dəstəsinin cibindən bir dollar da ödənilməyəcək. Mən yenə deyirəm, ermənilər gözlərini və qulaqların açıb eşitsinlər! Yəni hələ ziyan qabaqdadır. Azərbaycan dövləti dəymiş ziyanın ödənilməsində heç bir güzəştə getməyəcək. Bu, böyük həcmdə bir vəsaitdir. Əgər 10 il əvvəl bu məbləğ 60-70 milyard dollar idisə, artıq bu vəsait 100 milyard dolları artıqdır”.

 

Əli Həsənovun sözlərinə görə, Azərbaycan işğal nəticəsində dəyən ziyanın müəyyənləşdirsə də, bu hesablamalar beynəlxalq standartlara cavab verməlidir: “Bu, dünyada mövcud olan qaydalar üzrə müəyyənləşməlidir. Hökumətin mövqeyi bundan ibarətdir ki, torpaqlar işğal azad olunduqdan sonra mütləq qiymətləndirmə beynəlxalq qurumların və ekspertlərin iştirakı ilə yenidən həyata keçirilməlidir.

Çünki, beynəlxalq təşkilatlar bu prosesdə olmasa, onları inandırmaq məsələsində müəyyən anlaşılmazlıqlar ortaya çıxa bilər. Burada əsas məqsədimiz odur ki, hazırladığımız sənəd beynəlxalq qurumlar tərəfindən qəbul olunsun. Bu prosesə Azərbaycan QHT-ləri də cəlb edilməlidir”.


 



Yerləşdirilib:27 İyul, 2012  18:27, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Okt.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
   1234
567891011
12131415161718
19202122232425
262728293031 
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com